F-14 qırıcısı bərpa edilib
https://azeri.sahartv.ir/news/İran-i389357-f_14_qırıcısı_bərpa_edilib
F-14 qırıcı-bombardmançı təyyarəsi İran Hərbi Hava Qüvvələri mütəxəssislərinin biliyinə və startap şirkətlərə istinadla əsaslı şəkildə təmir edilib və ölkə üzərində uçuş həyata keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2022 16:18 Asia/Baku
  • F-14 qırıcısı bərpa edilib

F-14 qırıcı-bombardmançı təyyarəsi İran Hərbi Hava Qüvvələri mütəxəssislərinin biliyinə və startap şirkətlərə istinadla əsaslı şəkildə təmir edilib və ölkə üzərində uçuş həyata keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya briqada generalı Həmid Vahidi bildirib ki, F-14 qırıcısı İsfahandakı Şəhid Babayi adına səkkizinci qırıcı bazasında 18 il istifadəsiz qaldıqdan sonra əsaslı şəkildə təmir edilib.

O, deyib: Düşmənlər İranın,/ təmiri və saxlanılması olduqca mürəkkəb olan bu təyyarəni bərpa edə və ondan bəhrələnə biləcəyini heç vaxt düşünmürdülər.

General Vahidi qeyd edib ki, qırıcı üç il sutkalıq fəaliyyət nəticəsində bərpa edilib.

İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı bildirib ki, bu qırıcının yenidən qurulması prosesində minlərlə detal dəyişdirilib və ya təmir edilibdir.

O, deyib ki, qırıcının təmiri və saxlanılması mərhələləri tamamilə iranlı mütəxəssislər tərəfindən həyata keçirilib.