May 23, 2022 12:09 Asia/Baku
  • Səid Hatipzadə
    Səid Hatipzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü polkovnik Səyyad Xudayinin şəhadəti ilə bağlı başsağlığı verib və deyib: "İran İslam Respublikasının and içmiş düşmənləri SEPAH üzvünü terror etməklə öz şər mahiyyətlərini bir daha nümayiş etdirdilər".

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə hərəm müdafiəçisi polkovnik Həsən Səyyad Xudayiyə qarşı törədilən terror aktını pisləyib və bu şəhidin ailəsinə və onun İslam İnqilabı Keşikçiləri Korpusundakı silahdaşlarına başsağlığı verib.

Xətibzadə əlavə edib: "Bu qeyri-insani cinayət dünya imperializmi ilə əlaqəli terror ünsürləri tərəfindən elə bir halda törədilir ki, təəssüflə, terrorla mübarizə apardığını iddia edən ölkələrin dəstəyi və susqunluğu ilə müşayiət olunur".

Xarici İşlər Nazirliyinin sözçüsü İranın 40 ildən artıqdır ki, terror cinayətlərinin qurbanlarından biri olduğunu vurğulayaraq, deyib: "Daxilən kor olan Terrorçular böyük İran xalqının ülvi amallarını reallaşdırmasına mane olmağa çalışırlar, lakin şəhidlərin qanının bu ölkənin və bu millətin yaşamasına və yüksəlməsinə zəmanət verdiyindən xəbərsizdirlər".

Polkovnik Xudayi ötən gün Tehranın "Mücahidini İslam" küçəsindəki evinin yaxınlığında terror hücumuna məruz qalıb.

Teqlər