İran İƏT Bankının aktivləşdirilməsini alqışlayır
https://azeri.sahartv.ir/news/İran-i389408-İran_İƏt_bankının_aktivləşdirilməsini_alqışlayır
İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib: "İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv ölkələr arasında bank əlaqələrini dəstəkləmək və həyata keçirmək üçün İƏT Bankını aktivləşdirməliyik".
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2022 05:32 Asia/Baku
  • İran İƏT Bankının aktivləşdirilməsini alqışlayır

İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib: "İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv ölkələr arasında bank əlaqələrini dəstəkləmək və həyata keçirmək üçün İƏT Bankını aktivləşdirməliyik".

SəhərAzəri-nin məlumatına əsasən, Mehdi səfəri bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin müavinlərinin Tehranda keçirilən iclası çərçivəsində bildirib ki, bu iclasda üzv ölkələr arasında ticarət və iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsi yollarını müzakirə edilib.

İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini əlavə edib: "Keçən il İƏT-ə üzv ölkələr arasında ticarət həcmi təxminən 40 milyard təşkil edib, lakin bu ticarət həcmini 500-600 milyard dollara çatdırmaq potensialı var".

Mehdi Səfəri, həmçinin təşkilatın üzv ölkələr arasında ticarət və biznes sahəsində mümkün qədər tez bir zamanda aktivləşdirilməsinin vacibliyini vurğulayıb və deyib ki, hazırda biz İƏT Bankının fəaliyyətə başladığının şahidi oluruq, halbuki bu bank ölkələr arasında bank əlaqələrini dəstəkləmək və həyata keçirmək üçün işlədilməlidir.