İran Venesuelanın ən böyük neft emalı zavodunu təmir edir
https://azeri.sahartv.ir/news/İran-i389412-İran_venesuelanın_ən_böyük_neft_emalı_zavodunu_təmir_edir
Məlumatlı mənbələrə görə, İran Venesuelanın sutkada 955 min barel gücü olan ən böyük neft emalı zavodunu təmir edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2022 07:18 Asia/Baku
  • İran Venesuelanın ən böyük neft emalı zavodunu təmir edir

Məlumatlı mənbələrə görə, İran Venesuelanın sutkada 955 min barel gücü olan ən böyük neft emalı zavodunu təmir edir.

SəhərAzəri-nin məlumatına əsasən, "Reuters" agentliyi dörd məlumatlı mənbəyə istinadən bildirib ki, İranın dövlət şirkətləri Venesuelanın ən kiçik neft emalı zavodunu təmir etmək üçün müqavilə bağladıqdan sonra, ölkənin ən böyük neft emalı zavodu olan və gündə 955 min barel neft hasil edən Paraquana emal mərkəzini təmir etmək üçün hazırlıqlara başlayıblar.

Müqavilə iki ölkə arasında enerji əlaqələrini dərinləşdirəcək və Venesuelanın zədələnmiş neft sənayesi üçün həyat xəttidir.

İran Milli Neft Emalı və Paylama Şirkətinin bir bölməsi bu ay Venesuela Milli Neft Şirkəti (PDVSA) ilə Venesuelanın mərkəzində yerləşən və 146,000 barrel gücündə olan El Palito neft emalı zavodunun təmiri və genişləndirilməsi üçün 110 milyon avroluq (116 milyon dollar) müqavilə imzalayıb.

Məlumatlı mənbələr bildiriblər ki, növbəti layihə iki neftayırma zavodu olan və dünyanın ən böyük neft emalı zavodlarından biri olan Paraquana Kompleksidir.