İranlı stolüstü tennisçi İspaniya yarışlarında üçüncü olub
May 26, 2022 11:16 Asia/Baku
İranlı stolüstü tennisçi- Nəvid Şəms, İspaniyada keçirilən on yeddi yaşadək stolüstü tennis üzrə yarışların yarımfinal mərhələsində bürünc medal qazanmağa müvəffəq olub.
SəhərAzəri-nin məlumatına əsasən, Dünya Stolüstü Tennis Federasiyasının İspaniyada keçirdiyi Santander Platca Daro adına kubok yarışları on yeddi və on doqquz yaşlarınadək olan idmançıların iştirakı ilə çərşənbə axşamı günündən başlanıb.
İranın bu yarışların yarımfinal mərhələsindəki yeganə nümayəndəsi- Nəvid Şəms, dünən gecə, dünya reytinqində yeddinci olan Rumıniya təmsilçisinə bir-üç hesabı ilə məğlub olub və on yeddi yaşadək idmançılar arasında bürünc medala layiq görülüb.