May 27, 2022 11:55 Asia/Baku
  •  General Hüseyn Salami
    General Hüseyn Salami

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb ki, sionist rejimin son terror cinayətinə cavab veriləcək və düşmənlər gözləməlidirlər.

SəhərAzəri-nin məlumatına əsasən, General Hüseyn Salami, şəhid Səyyad Xudayinin anım mərasimində deyib: Amerika və İsrail rejimi Xirosima və Naqasaki cinayətlərində olduğu kimi, kütləvi qırğın silahları ilə insanları qıran iki terror rejimi olaraq, bu gün terrora üz tutublar.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı əlavə edib: Amerikan və sionist düşmənlər döyüş meydanında məğlub olarkən məhz bu mürəkkəb və sirli üsullara əl atıb, terror edirlər.

General Hüseyn Salami həmçinin deyib: Səyyad Xudayinin şəhadətilə nəticələnən son terrora cavab veriləcək. İranın düşmənləri bunu bilirlər və bundan əvvəl də çox sayda zərbə alıblar.

 

Teqlər