Əmir-Abdullahiyan-Byörge məşvərəti
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun kənarında forumun sədri Byörge Brende ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Görüşdə iqtisadi diplomatiyanın İran İslam Respublikasının xarici siyasətindəki əhəmiyyətinə işarə edən Əmir-Abdullahiyan onun bəzi prioritet sahələrini bəyan edib.
İran İslam Respublikasının xarici işlər naziri sonra İranın regional və beynəlxalq nəqliyyat və tranzit, eləcə də ölkənin neft-qaz sənayesi sahələrindəki yüksək imkanlarına diqqət çəkib,/ qonşu ölkələrlə həmkarlıq və ticarətin genişləndirilməsini İran İslam Respublikasının siyasət və qonşuluq prioritetlərindən adlandırıb.
Əmir-Abdullahiyan həmçinin koronadan sonrakı dövrdə dünya iqtisadiyyatının yenidən qurulması vacibliyinə işarə edib.
İranın xarici işlər naziri Qətərdə keçirilən qaz ixrac edən ölkələrin sammitində İran prezidentinin “koronadan sonrakı dövrdə dünya iqtisadiyyatının yenidən qurulması üçün qaz” adlı təşəbbüsünü bu istiqamətdə dəyərləndirib,/ bu təşəbbüsün imkanlarını tanıtdırmaq məqsədilə İranın Dünya İqtisadi Forumu ilə birgə işləməyə hazır olduğunu bildirib.
Dünya İqtisadi Forumunun sədri də İranın iqtisadi diplomatiyasını, xüsusən qonşuları ilə anlaşmaları genişləndirməsini alqışlayıb. Byörge Brende Fars Körfəzi ətrafındakı ölkələrin rəsmilərinin Davos-2022 forumunda İranla iqtisadi əməkdaşlıqları genişləndirməyə maraqlı olduqlarını bildirdiklərini nəzərə çatdırıb və Dünya İqtisadi Forumunun İran xarici işlər nazirinin təkliflərini araşdırmağa hazır olduğunu bildiirb.
Byörge Brende həmçinin ümid etdiyini bildiribdir ki, İranla dünya qüdrətləri arasında İrana qarşı qəddarcasına və qanunsuz sanksiyaların aradan qaldırılmasına istiqamətlənmiş nüvə anlaşması müzakirələri gözlənilən nəticəyə çatacaq və region və dünya iqtisadiyyatlarının bərpası sahəsində İranın imkanlarından bəhrələnməyə daha çox şərait yaranacaq.