May 29, 2022 17:58 Asia/Baku
  • Tacikistan prezidenti Tehrana daxil olub

Tacikistan prezidenti İmaməli Rəhman yüksək səviyyəli siyasi-iqtisadi heyətlə Tehrana daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Tacikistanlı qonağı Tehranın Mehrabad hava limanında İranın energetika naziri Əli Əkbər Mehrabiyan qarşılayıb.

Rəsmi qarşılama mərasimi, İran və Tacikistan prezidentlərinin ikitərəfli danışlıqları, iki ölkənin yüksək səviyyəli heyətlərinin məşvərəti,/ iqtisadi, elmi, siyasi və mədəni sahələrdə bir neçə əməkdaşlıq sənədinin imzalanması və prezidentlərin mətbuat konfransı,/ İmaməli Rəhmanın Tehrana ikigünlük səfər proqramına daxildir.

 

Teqlər