İran sionistlər tərəfindən Məscidüləqsaya hörmətsizliyi pisləyib
-
Səid Xətibzadə
İran xarici işlər nazirliyinin mətbuat katibi Səid Xətibzadə dünən axşamçağı, rasist sionistlər tərəfindən Məscidüləqsaya qarşı hörmətsizliyi pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Xətibzadə həmçinin Qüdsü qəsb edənlərin müsəlmanların ilk qibləsinin müdafiəçilərinə və xalqa qarşı hücumunu son dərəcə pisləyib və vurğulayıbdır ki, Beytülmüqəddəs tam şəkildə Fələstinin daimi paytaxtıdır.
Qüdsün müdafiəçiləri və Fələstin xalqının müqavimətini yüksək dəyərləndirən Xətibzadə sionistlərin təhrikedici hərəkətləri və yeni avantüraları barədə xəbərdarlıq edib.
Qüds amalının İslam Dünyasının birinci prioriteti olduğunu qeyd edən İran xarici işlər nazirliyinin sözçüsü bildirib ki, aparteid sionist rejimlə mübarizə aparmaq və Beytülmüqəddəsi hərtərəfli şəkildə müdafiə etmək üçün müttəfiq şəkildə hərəkət etmək, islami ölkələr və onların xalqları xüsusiyyət təşkil etməklə dünyadakı bütün azadlıqsevərlərin vəzifəsidir.