İnqilab Rəhbərinin baş müşavirinin Moskva görüşləri davam edir
-
İnqilab Rəhbərinin baş müşavirinin Moskva görüşləri davam edir
Qulaməli Həddad-Adil özünün Moskvadakı sıx proqramlarının davamında Rusiya müftilər şurasının sədri , eləcə də bu ölkə universitetlərinin iranlı tələbələrilə görüşüb.
İslam İnqilabının Böyük Rəhbərinin baş müşaviri Rusiyanın mədəni və dini rəsmilərilə görüşlərinin davamında Rusiya müftilər şurasının sədri və Rusiya Federasiyası müsəlmanlarının ruhani idarəsinin sədri Ravil Qaynutdin ilə görüşüb.
Rusiya paytaxtının came məscidində bir görüş...
m.m- İran İslam Respublikasının, xüsusən Böyük İnqilab Rəhbəri Ayətullah Xameneinin Rusiya müsəlmanları ilə qardaşlığın möhkəmləndirilməsi, həmçinin mədəni və dini əlaqələrin gücləndirilməsi üzrə ciddi-cəhdləri bizim üçün dəyərlidir.
m.m- Rusiya müsəlmanlarının bir neçə on milyonluq əhalisi İslam Dünyası üçün dəyərli bir sərmayədir. Xüsusən bu gün özünün ən yaxşı vəziyyətində olan İran-Rusiya əlaqələri üçün əlaqə halqasıdır.
Doktor Həddad-Adil həmçinin Beyt-ül-Zəhrada tələbələrin islami cəmiyyət məkanında iranlı tələbələrlə söhbət edib.
Hal-hazırda Rusiya universitetlərində təhsil alan iranlı tələbələrin sayı altı min nəfərə çatır.
Öz növbəsində İran İslam Respublikası quruluşu banisinin vəfatının ildönümü münasibətilə başsağlığı verən Rusiya müftilər şurasının sədri Ravil Qaynutdin deyib:
m.m- İmam Xomeyni(r.ə)-in SSRİ hökmranlarını mənəviyyata çağıran/ Mixail Qorbaçova ünvanladığı tarixi məktubu göstərdi ki, o həzrət nəinki din, irfan və fəlsəfədə yüksək bir şəxsiyyət, həm də beynəlxalq siyasət sahəsində son dərəcə diqqətli və aqil idi.