Mürtəzəvi: Metropolun qalan hissələri dağıntıların çıxarılmasından sonra söküləcək
-
Metropol
İran prezidentinin icraçı müavini Abadan şəhərinin “Metropol” adlanan binasının dağıntılarının çıxarılmasından sonra onun qalan hissələrinin söküləcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid Sövlət Mürtəzəvi bazar ertəsi günü Abadanın "Metropol" hadisəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib və deyib: "Bu hadisə çox acı idi və indiyə qədər 38 nəfərin cənazəsi dağıntıların altından çıxarılıb".
İran prezidentinin icraçı müavini qeyd edib ki, "Metropol" binasının dağıntılarının çıxarılması əməliyyatı dayandırıla bilməz. Bütün orqanlar mövcud imkanları ilə işləyirlər və bu əməliyyat, Xuzistan vilayətinin rəsmiləri işin başa çatdığını elan edənə qədər davam edəcək. Dağıntıların çıxarılması əməliyyatı sona çatdıqdan sonra "Metropol"un qalan hissələri söküləcək.