Sionistlərin istənilən səhvi ilə Təl-Əviv və Hayfanı yerlə yeksan edəcəyik
https://azeri.sahartv.ir/news/İran-i389888-sionistlərin_istənilən_səhvi_ilə_təl_Əviv_və_hayfanı_yerlə_yeksan_edəcəyik
İran Ordusunun quru qoşunlarının komandanı sionist rejim başçılarına xəbərdarlıq edərək, deyib: "İnqilabın Müəzzəm Rəhbərinin əmri ilə düşmənin istənilən səhvinə görə, Təl-Əviv və Hayfanı yerlə yeksan edəcəyik".
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 07, 2022 11:37 Asia/Baku
  • Sionistlərin istənilən səhvi ilə Təl-Əviv və Hayfanı yerlə yeksan edəcəyik

İran Ordusunun quru qoşunlarının komandanı sionist rejim başçılarına xəbərdarlıq edərək, deyib: "İnqilabın Müəzzəm Rəhbərinin əmri ilə düşmənin istənilən səhvinə görə, Təl-Əviv və Hayfanı yerlə yeksan edəcəyik".

SəhərAzəri-nin məlumatına əsasən, İran Ordusunun quru qoşunlarının komandanı briqada generalı Kyumərs Heydəri İmam Rza (ə) adına qarnizonda ordu qüvvələrinin səhər proqramında qəsbkar və sionist rejimin müsəlmanların torpaqlarını işğal etdiyini və bu torpaqların 25 ildən az bir müddətdə İslamın ağuşuna qayıdacağını bəyan edərək, deyib: "Bu gün İran İslam Respublikası ordusunun hərbi və müdafiə nailiyyətləri düşmənlərin gözündə tikan kimidir".

O, quru qoşunların bütün bölmələrinin dəqiq atəşli, uzaq mənzilli və ağıllı təchizatlarla təchiz edildiyini bildirib və əlavə edib: "İran Ordusunun PUA və əməliyyat raketlərinin uçuş məsafəsi kəskin şəkildə artıb və onlar Təl-Əviv və Hayfaya çata bilərlər". 

Briqada generalı Kyumərs Heydəri bu yaxınlarda açılan ordunun pilotsuz uçan aparat şəhərciyinə  toxunaraq, deyib: "Bütün bu avadanlıqlar İslam İnqilabı düşmənlərinin mümkün axmaq təcavüzünə cavab vermək üçündür və quru qoşunların yüngül silahları dəyişdirilir, müasirləşdirilir və lokallaşdırılır.

Ordunun quru qoşunlarının komandanı sionist rejimə xəbərdarlıq edərək, "İnqilabın Aliməqam Rəhbərinin əmri ilə düşmənin hər səhvinə görə Təl-Əviv və Hayfanı məhv edəcəyik",- deyə vurğulayıb.