AEBA baş direktorunun hesabatı xoşməramlılığı əks etdirmir
https://azeri.sahartv.ir/news/İran-i389937-aeba_baş_direktorunun_hesabatı_xoşməramlılığı_əks_etdirmir
İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Təəssüflər olsun ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə proqramı haqdakı hesabatı İran İslam Respublikasının xoşməramlılığı və əməkdaşlıqlarını əks etdirmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2022 15:30 Asia/Baku
  • AEBA baş direktorunun hesabatı xoşməramlılığı əks etdirmir

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Təəssüflər olsun ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə proqramı haqdakı hesabatı İran İslam Respublikasının xoşməramlılığı və əməkdaşlıqlarını əks etdirmir.

SəhərAzəri-nin məlumatına əsasən, Behruz Kəmalvəndi əlavə edib: Üç Avropa ölkəsi, həmçinin Amerika müəyyən hərəkətlərə başlayıblar. Buna görə, qərara alınıbdır ki, zənginləşdirmə səviyyəsinin ölçülməsi xətti üzərində qurulan aparat və kameralar tərəfindən bəzi fəaliyyətlərin qeydə alınması kimi, İranın öhdəliklərindən olmayan və İran tərəfindən göstərilən xoşməramlılığa əsaslanan, müahidədənkənar həmkarlıqların bir hissəsi dayandırılsın.

Kəmalvəndi söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə təsisatlarındakı kameralarının səksən faizi müahidə kameralarıdır və bu gündən etibarən, kəsiləcək kameralar, müahidədənkənar kameralardır və daha agentlik onların məlumatlarından istifadə edə bilməyəcək.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü ümidvarlıq edibdir ki, görülən tədbirlərlə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik öz metod və yanaşma tərzini dəyişəcək.