AEBA sionistlərin əsiridir
https://azeri.sahartv.ir/news/İran-i389982-aeba_sionistlərin_əsiridir
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik sionistlərin əsiridir. Bu sözləri İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2022 06:43 Asia/Baku
  •  Məhəmməd İslami
    Məhəmməd İslami

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik sionistlərin əsiridir. Bu sözləri İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Cümə axşamı günü gecə daxili bir televiziya proqramında iştirak edən Məhəmməd İslami əlavə edib: Təəssüfləndirici haldır ki, beynəlxalq bir orqan qanunsuz bir rejim tərəfindən istismar edilib və onun heysiyyətini şübhə altına alıbdır.

İranın/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə geniş və müahidədənkənar əməkdaşlıqlarına toxunan İslami söyləyib ki, nüvə anlaşmasını qəbul edən İran, etimad yaratmaq üçün, agentliyə müahidədənkənar nəzarətlər icazəsi verdi, amma qərblilər İranı ittiham etməkdən əl çəkmədilər.

İslami bildirib ki, nüvə anlaşmasının bütün öhdəlikləri agentliyin qaydaları ilə ziddiyyət təşkil edir.

İslami, İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının agentliyin müahidədənkənar kameralarının fəaliyyətini dayandırmaqla bağlı son addımı barədə isə belə deyib: Tehran nüvə anlaşması kameralarının qeydəalma fəaliyyətlərini xoşməramlılığın yerdə qalan hissəsi kimi saxlamışdı, amma indi puç və qəbuledilməz ittihamlar irəli sürüldükdə, son qərar qəbul edildi.

Nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, qarşı tərəfin öhdəliklərinə sadiq qalmadığı təqdirdə, İran öz öhdəliklərini yerinə yetirməyi bütövlükdə və ya qismən dayandırmaq hüququna malikdir.