İmam Rza(ə)-ın mövludu mübarək olsun!
https://azeri.sahartv.ir/news/İran-i390003-İmam_rza(ə)_ın_mövludu_mübarək_olsun!
Bu gün, ziqədə ayının on biri, dünya şiələrinin səkkizinci imamı Həzrət Əli ibn Musa Əl-Rza(əleyhissəlam)-ın mübarək mövludunun ildönümü günüdür.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 10, 2022 17:05 Asia/Baku
  • İmam Rza(ə)-ın mövludu
    İmam Rza(ə)-ın mövludu

Bu gün, ziqədə ayının on biri, dünya şiələrinin səkkizinci imamı Həzrət Əli ibn Musa Əl-Rza(əleyhissəlam)-ın mübarək mövludunun ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, O həzrətin mübarək adı, Əli, ən məşhur ləqəbi isə razılıq mənasına gələn Rza-dır.

İmam Rza(əleyhissəlam) Mədinədə möhtərəm atası- İmam Kazim(əleyhissəlam)-ın şəhadətindən sonra insanların hidayətini öz üzərinə götürdü.

O həzrət elə bir elm və biliyə malik idi ki, «Alimi Ali-Məhəmməd(s.ə.s.)» kimi tanınırdı.

İslami İran, xüsusən Məşhəd şəhəri İmam Rza(əleyhissəlam)-ın mövludu günündə nur və sevincə qərq olub.

"Səhər Azəri" telekanalı Həzrət İmam Rza(əleyhissəlam)-ın mövludunun ildönümü günü münasibətilə bütün Əhli-Beyt(ə) aşiqlərini və dünya azadlıqsevərlərini təbrik edir.