Qrossi agentliyin etibarına pis zərbə vurdu
https://azeri.sahartv.ir/news/İran-i390078-qrossi_agentliyin_etibarına_pis_zərbə_vurdu
İran Xarici İşlər Nazirliyinin sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun işğal olunmuş ərazirlərə səfərindən təəssüflənib. Deyib ki, bu səfər agentliyin etibarına pis zərbə vurdu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2022 09:17 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun işğal olunmuş ərazirlərə səfərindən təəssüflənib. Deyib ki, bu səfər agentliyin etibarına pis zərbə vurdu.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bir mətbuat konfransında bildirib ki, sionist rejim nüvə silahlarının yayılmasını qadağan edən heç bir müahidəni qəbul etməyib.

Xətibzadə deyib: Təəssüfləndirici haldır ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru agentliyin məsul şəxsi kimi bu strukturu qanundan qaçan sionist rejimin ixtiyarına verib və öz işçiləri vasitəsilə bu strukturu lağa qoymaqla problemlərə sürükləyibdir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qətnaməsini tamamilə siyasi və öncədən cızılmış bir qətnamə adlandıran Xətibzadə əlavə edib: Bu qətnamə İranla agentlik arasında razılaşdırılmış yola xələl gətiribdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: İran agentliyin siyasi və qeyri-texniki hərəkətini cavabsız qoya bilməzdi. Buna görə, İranın öz nüvə anlaşması öhdəliklərinin azaldılması istiqamətində atdığı addım, qarşı tərəfin addımlarına bir cavab olubdur. Bu səbəbdən, əgər sabah Vyanada razılıq əldə olunarsa, İranın bütün addımları geridönmə qabiliyyətinə malikdirlər.

Yaxşı olardı ki, Qərb anlaşmanın nəticəyə çatması üzərində təmərküzləşsin- deyən Xətibzadə vurğulayıb ki, əgər Amerika «vasitə yaratma» illüziyasından keçərsə, anlaşma əlçatandır.