İyun 17, 2022 11:45 Asia/Baku
  •  Məhəmməd Dehqan
    Məhəmməd Dehqan

İran İslam Respublikasının hüquq məsələləri üzrə vitse-prezidenti hüquq üzrə universitet müəllimləri və elita ilə görüşdə İran ilə Amerika arasındakı hüquqi qarşıdurmalara işarə edib və Amerika ilə hüquqi döyüşdə imkanların fəallaşdırılmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən,Yığıncaqda ABŞ-ın İrana qarşı hüquqi savaşına toxunan Məhəmməd Dehqan deyib: Amerikanın bu 43 ildə İran əleyhinə apardığı savaş ilə mütənasib şəkildə beynəlxalq hüquq meydanında təsirli iştiraka malik olmalıyıq.

İran İslam Respublikasının hüquq məsələləri üzrə vitse-prezidenti əlavə edib: İran İslam İnqilabının əvvəlindən bəri,/ sanksiyalardan tutmuş,/ İran təyyarəsini vurmağa, terrorçu münafiqlər qruplaşmasını və digər terror qruplaşmalarını himayə etməyə qədər Amerikanın İranın daxili işlərinə qarışmadığı yer qalmayıb. Bu, uzun bir siyahıdır və onda Amerikanın müdaxiləsinin ayaq izlərini görmək olar.

Dehqan həmçinin deyib: İran-Amerika məhkəmə proseslərində İran tərəfindən daha mühüm məbləğlər tələb olunub. Bu məbləğlər hələ ödənilməyib və tezliklə ödənilməlidir.

 

Teqlər