İyun 24, 2022 20:35 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti BRİKS qrupu ölkələrinin sammitində deyib ki, İran BRİKS-in böyük beynəlxalq bazarlara qoşulması üçün sabit tərəfdaş ola bilər.

SəhərAzəri-nin məlumatına əsasən, BRİKS Çin, Rusiya, Hindistan, Braziliya və Cənubi Afrikanın yeni meydana gəlmiş beynəlxalq iqtisadiyyatlarından ibarətdir. Onun formalaşması ideyası 2000-ci ilə qayıdır.

Bu sammitə Qərbi Asiya regionundan yalnız İran dəvət olunubdur.

İran prezidenti Seyid İbrahim Rəisi Çinin ev sahibliyilə videokonfrans formatında keçirilən BRİKS qrupu ölkələrinin sammitində deyib: BRİKS yeni meydana gəlmiş iri iqtisadiyyatlardan ibarət olan qabaqcıl bir orqan kimi münasib meyar və təşəbbüslər təqdim etməklə dünyada yeni proseslər formalaşdıra bilib. BRİKS-in üzvləri mükəmməl iqtisadiyyatlar və mədəni müxtəlifliklə qarşılıqlı ehtiyacları təmin edə və beynəlxalq sülh və rifahın gücləndirilməsi istiqamətində öz milli və yerli inkişaf təcrübələrini başqaları ilə paylaşa bilər.

İran prezidenti vurğulayıb: İran İslam Respublikası beynəlxalq ədalətə dərindən inanır, lakin ədalətin neqativ inkişafı/ dünyada mövcud olan zəngin mədəniyyət müxtəlifliyini kənara sıxışdırmaq üzrə səyə, yoxsul ilə varlı arasında məsafənin genişlənməsinə, mənəviyyat və əxlaq böhranı kimi beynəlxalq problemlərin genişlənməsinə səbəb olubdur.

Rəisi qeyd edib: İran İslam Respublikası BRİKS-in öz məqsədlərinə nail olması üçün diqqətəlayiq elmi nailiyyətlər, təlim görmüş insan qüvvəsi kimi müstəsna sərvət, nəqliyyat şəbəkələri və qısa və ucuz tranzit, dünya enerjisinin nadir ehtiyatları da daxil olmaqla özünün bütün imkan və bacarıqlarını paylaşmağa hazırdır. Bu nadir siyasi-iqtisadi coğrafi mövqe İranı BRİKS-in iri beynəlxalq bazarlara və enerji qovşaqlarına qoşulması istiqamətində sabit və güvənməli tərəfdaşa çevirə bilər.

 

Teqlər