Yunanıstan İran neftini daşıyan tankeri azad edib
Yunanıstan iki ay bundan öncə ABŞ məhkəmə aparatının tələbi ilə saxladığı İran neftini daşıyan tankeri azad edib.
SəhərAzəri-nin məlumatına əsasən, Frans-Press Yunanıstanın liman polisinə istinadla bu xəbəri yayıb.
Yunanıstan rəsmiləri yüz on beş min ton İran neftini daşıyan «Lana» tankerini aprelin on doqquzunda Evboya adasının yaxınlığında saxladılar. Bu tankerin saxlanılması Rusiyanın Ukraynaya qarşı hərbi hücumuna görə tətbiq edilmiş Avropa Birliyinin sanksiyaları çərçivəsində həyata keçirildi və deyildi ki, gəminin neft yükü ABŞ rəsmilərinin tələbi ilə bu ölkəyə təhvil veriləcək.
Amerika bu ölkənin sabiq prezidenti Donald Trampın nüvə anlaşmasından çıxmağa dair qərarına əsasən, İrana qarşı sanksiyalar tətbiq etdi. İranın neft ixracatına qarşı embarqo bu sanksiyalardandır.
Tankerin saxlanılmasına kəskin şəkildə etiraz edən İran Beynəlxalq Dənizçilik Təşkilatından istəmişdi ki, bu haqda Yunanıstan rəsmilərilə məşvərət etsin.