Rəisi: Xəzər dənizi sahilyanı ölkələr üçün miras və sərmayədir
https://azeri.sahartv.ir/news/İran-i390625-rəisi_xəzər_dənizi_sahilyanı_ölkələr_üçün_miras_və_sərmayədir
İran İslam Respublikası prezidenti deyib ki, Xəzər dənizi sahilyanı ölkələr üçün miras və sərmayədir ki, bu dənizdən 270 milyondan çox insan istifadə edir.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 29, 2022 06:38 Asia/Baku
  • Rəisi: Xəzər dənizi sahilyanı ölkələr üçün miras və sərmayədir

İran İslam Respublikası prezidenti deyib ki, Xəzər dənizi sahilyanı ölkələr üçün miras və sərmayədir ki, bu dənizdən 270 milyondan çox insan istifadə edir.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu gün yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətinin başında Xəzəryanı ölkələrin VI Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana gedib.

Prezident Rəisi Türkmənistana getməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib: "İranın Xəzər dənizinin sahilyanı dövlətləri ilə yaxşı münasibətləri var, buna görə də, Xəzəryanı dövlətlərin VI zirvə görüşündə müzakirə olunacaq məsələlər Xəzər dənizinin hüquqi rejiminə yenidən baxılması və dənizdə təhlükəsizliyin yaxşılaşdırılması məqsədilə dənizdən dinc məqsədlərlə istifadə edilməsi ilə yanaşı, Xəzəryanı ölkələr arasında nəqliyyat, tranzit, ticarət, dənizin canlı resurslarının idarə edilməsi, ətraf mühit, o cümlədən də bütün sahilyanı ölkələr tərəfindən razılaşdırılan dənizdə kənar şəxslərin mövcudluğunun qarşısının alınması sahələrində əməkdaşlıqdır".

İran İslam Respublikasının prezidenti həmçinin İran və Türkmənistan arasında son 30 ildə çox yaxşı münasibətlərə toxunaraq, deyib: "Son bir neçə ayda iki ölkə arasındakı münasibətlərdə tranzit və qaz mübadiləsinin vəziyyəti yaxşılaşıb, İran və Türkmənistan arasında ticarət-iqtisadi əlaqələr də inkişaf edib".