İran və Azərbaycan prezidentləri Aşqabadda görüşüblər +VİDEO
https://azeri.sahartv.ir/news/İran-i390637-İran_və_azərbaycan_prezidentləri_aşqabadda_görüşüblər_vİdeo
İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi bir saat əvvəl Türkmənistanın paytaxtı Aşqabadda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb və danışıqlar aparıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 29, 2022 11:32 Asia/Baku
  • İran və Azərbaycan
    İran və Azərbaycan

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi bir saat əvvəl Türkmənistanın paytaxtı Aşqabadda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb və danışıqlar aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu görüş Xəzəryanı dövlətlərin 6-cı sammitindən öncə baş tutub. 

Bu görüşdən əvvəl prezident Rəisi Türkmənistan Milli Şurasının Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Prezident Rəisi görüşdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə işarə edərək, deyib: "Son illərdə atdığınız ağıllı tədbirlər nəticəsində Tehran və Aşqabad arasında əlaqələr daima inkişaf edib". 

Türkmənistan Milli Şurasının Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov da İranın son bir neçə ayda iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və deyib: "Türkmənistan İran İslam Respublikası ilə münasibətlərdə yeni səhifə açmağa çalışır".