İranın nüvə fəaliyyətlərinin sağlamlığı isbat edilib
İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının sədri deyib: Amerikanın və bəzi digər Qərb ölkələrinin kəşfiyyat təşkilatlarının təsdiq etdiklərinə əsasən, İran heç bir qeyri-şəffaf nüvə fəaliyyəti həyata keçirməyib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd İslami dünən axşamçağı İranın İsfahan şəhərində bildirib ki, nüvə anlaşması iyirmi il müzakirənin məhsuludur.
O, əlavə edib: Bu beynəlxalq anlaşmada İranın nüvə proqramı, həmçinin onun ehtimal olunan hərbi miqyasları- PMD haqdakı ittihamlara xitam verilib və əslində nüvə anlaşması İrana qarşı qəddarcasına sanksiyaların götürülməsi istiqamətində Qərb ölkələri tərəfindən götürülmüş bir öhdəlikdir. Qeyd edək ki, qeyri-dinc nüvə fəaliyyətləri bəhanəsilə BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı qətnamə və sanksiyalar tətbiq edilib.
İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının sədri sionist rejimin İranın dinc nüvə fəaliyyətləri prosesindəki daimi sabotajlarına işarə və əlavə edib: Sionist rejim iddia edir ki, İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi miqyasları barədə əlli min vərəqlik sənədə malikdir, halbuki İran beş üstəgəl bir qrupu ilə nüvə müzakirələrində bütün bu hallara PMD çərçivəsində cavab verib və işə xitam verilibdir.