Müqəddəs müdafiə şəhidinin anası vəfat edib
https://azeri.sahartv.ir/news/İran-i390718-müqəddəs_müdafiə_şəhidinin_anası_vəfat_edib
İranda yaşayan məşhur yaponiyalı qadın Koniko Yamamura bu gün günortaçağı Tehrandakı bir xəstəxanada vəfat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2022 16:23 Asia/Baku
  • Müqəddəs müdafiə şəhidinin anası vəfat edib

İranda yaşayan məşhur yaponiyalı qadın Koniko Yamamura bu gün günortaçağı Tehrandakı bir xəstəxanada vəfat edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranda “Səba Babayi” kimi tanınan Koniko Yamamura son vaxtlar tənəffüs probleminə görə, xəstəxanaya yatırılmışdı.

Yaponiyada bir buddist ailəsində anadan olan Koniko Yamamura 20 yaşında bir müsəlman və iranlı gənclə tanış olub. O, bu müsəlman gəncin islami əxlaqının təsiri altında İslam dinini qəbul edib. Səmavi kitab olan Qurandan ilham alan Koniko, “Səba” adını alıb. Yamamura ailə qurduqdan sonra İrana mühacirət edib.

Səba Babayinin övladlarından biri olan Şəhid Məhəmməd Babayi müqəddəs müdafiə dövründə şəhid olub. Buna görə, o, İran ictimaiyyəti və İranın bir çox yüksək vəzifəli və rütbəli şəxsi üçün tanınan və çox hörmət edilən bir şəxs idi.

Onun “Günəş diyarının müsafiri” adlı xatirələr kitabı dəfələrlə İranda çap edilib və digər dillərə tərcümə olunub.