İyul 06, 2022 11:06 Asia/Baku
  • Əmir Abdullahian: Razılaşma yalnız qarşılıqlı anlaşma və maraqlar əsasında mümkündür

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullaiyan Tvitter hesabında Avropa Avropa Birliyinin Xarici Siyasət rəsmisi Cozep Borrel ilə telefon danışığı brədə yazıb: "Razılaşma yalnız qarşılıqlı anlaşma və qarşılıqlı fayda ilə mümkündür".

SəhərAzəri-nin məlumatına əsasən, Vyana danışıqlarında İranın danışıqlar qrupunun təşəbbüsləri sayəsində müəyyən irəliləyişlər əldə edilmişdi, lakin qərb tərəflərinin, xüsusən də Co Bayden administrasiyasının ABŞ-ın əvvəlki  hökumətinin qanunsuz hərəkətlərini kompensasiya etmək üçün yubatmaları və maksimum təzyiq kampaniyasını davam etdirməsi, ABŞ-ın nüvə anlaşmasına qayıtmaqda ciddiliyi ilə bağlı şübhələr yaratdı və danışıqlar prosesinin uzanmasına səbəb oldu.

Hüseyn Əmir Abdullahian öz tvitində İranın güclü və qalıcı razılaşma üçün danışıqlara hazır olduğunu vurğulayıb və deyib: "ABŞ qərar verməlidir ki, sazış istəyirmi, yoxsa öz birtərəfli tələblərində israrlı qalacaq. Bu iki şeyi bir yerdə etmək mümkün deyil".

Teqlər