İyul 06, 2022 19:48 Asia/Baku
  • Əmir Abdullahian: Qətər danışıqları ABŞ-dan iqtisadi təminat almaq üçün idi

İran İslam Respublikasının xarici işlər naziri qətərli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında vurğulayıb: "Qətərdəki son danışıqlar ABŞ tərəfdən təsirli təminatların alınması məqsədi daşıyırdı və bizim nüvə razılaşmasından kənar heç bir tələbimiz yoxdur".

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rəsmi səfər çərçivəsində Tehranda olan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali Sani ilə görüşüb.

Görüşdə iki ölkəni maraqlandıran məsələlər, o cümlədən İran-Qətər münasibətləri müzakirə olunub.

İki nazir təkbətək görüşdən sonra birgə mətbuat konfransında i.tirak edibl'r/

Əmir Abdullahian keçən həftə Doha danışıqlarına ev sahibliyi edən Qətər hökumətinin yaxşı qonaqpərvərliyini yüksək qiymətləndirərək, deyib: "Dohada keçirilən danışıqlarda diqqət yetirdiyimiz əsas məsələlərdən biri İranın Əhatəli Müştərək Təşəbbüs Proqramından tam iqtisadi fayda əldə etməsinə təsir edəcək hər hansı bir sahədə ABŞ-dan təsirli zəmanətlərin alınması məsələsi idi. Lakin Amerika tərəfi indiyədək bu məsələdə bizi əmin edə bilməyib".

Əmir Abdullahian əlavə edib: "İki ölkə prezidentinin görüşündən sonra biz işçi qruplarını aktivləşdirə bildik və milli komandanın azarkeşlərinin Qətərdə keçiriləcək dünya çempionatında iştirakı üçün müəyyən koordinasiyalar lazım idi ki, biz yaxşı və qənaətbəxş nəticələr əldə etdik".

Qətər xarici işlər naziri ilə regional mexanizmlərin gücləndirilməsi zərurətinə dair müsbət müzakirələr apardığını bəyan edən Əmir Abdullahian vurğulayıb: "Qətər bu sahədə müsbət rol oynayıb və regional dialoqların gücləndirilməsi istiqamətində müsbət addımlar atıb".

Qətərin xarici işlər naziri də öz növbəsində deyib: "Qonşu ölkələrdəki bütün tərəflərin və tərəfdaşların nüvə uğurları və regional dialoqların başlanması üçün konstruktiv səylər göstərməsi vacibdir. Biz İrana Qətərə göstərdiyi etimada görə, təşəkkür edirik". 

"İran ilə Fars körfəzi ölkələri arasında aparılan danışıqlar bizim üçün müsbət nəticələr verə bilər və region ölkələri arasında inkişaf edən əlaqələr xalqların xeyrinə ola bilər", - deyə Qətərin xarici işlər naziri qeyd edib. 

Teqlər