Araz çayı üzərində iki su bəndi və SES-in inşası ilə bağlı razılaşma
-
Əli Bəhadori-Cəhromi
İran İslam Respublikası dövlətinin sözçüsü virtual mühitdəki şəxsi səhifəsində İran və Azərbaycan Respublikasının elektrik enerjisinin istehsalı və su ehtiyatlarının idarə olunması üçün Araz çayı üzərində iki su bəndi və su elektrik stansiyasının inşasının sürətləndirilməsi üzrə razılaşmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Bəhadori-Cəhromi virtual mühitdəki şəxsi səhifəsində yazıb ki, İran və Azərbaycan Respublikası 280 meqavattlıq elektrik enerjisinin istehsalı və su ehtiyatlarının idarə olunması məqsədilə Araz çayı üzərində iki su bəndi və su elektrik stansiyasının inşasının sürətləndirilməsi və bu layihənin maliyyə mənbələrinin təmin edilməsi barədə razılığa gəliblər.
Bu razılaşma İranın regionun enerji hökmranlığındakı rolundan yeni bir fəsil açacaq.