İran prezidenti islami ölkələrin başçılarını təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i390980-İran_prezidenti_islami_ölkələrin_başçılarını_təbrik_edib
İran İslam Respublikasının prezidenti deyib: Səadətli Qurban bayramı möminlərin meyarı kimi Həzrət İbrahim(ə)-ın seçilməsi və Allah-Taalanın önündə təslimolmanın ən xalis simvoludur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2022 09:00 Asia/Baku
  • İran prezidenti islami ölkələrin başçılarını təbrik edib

İran İslam Respublikasının prezidenti deyib: Səadətli Qurban bayramı möminlərin meyarı kimi Həzrət İbrahim(ə)-ın seçilməsi və Allah-Taalanın önündə təslimolmanın ən xalis simvoludur.

Seyid İbrahim Rəisi islami ölkələrin başçılarına ünvanladığı ayrı-ayrı mesajlarda onları səadətli Qurban bayramı münasibətilə təbrik edib.

Rəisi bu mesajlarda ümid etdiyini bildiribdir ki, bu mübarək bayramın bərəkətinə, möminlərin ürəkləri müqəddəs İslam dininin və Həzrət Məhəmməd Mustafa (s.ə.s)-in təlimləri sayəsində bir-birilərinə daha da yaxınlaşacaq və bütün dünya müsəlmanları ləyaqətlə vəhdət istiqamətində addım atacaqlar.

Səadətli Qurban bayramında Allah Evinin ziyarətinə getmiş hacılar Allah-Taalanın göstərişi ilə və onun razılığı üçün qurban kəsir, həmçinin böyük ilahi peyğəmbər- Həzrət İbrahim(ə)-ın xatirəsini yad edir və yaşadırlar.