Sentrifuqalara qazın vurulması, təşkilatın qanuni vəzifələrinin icrası istiqamətindədir
https://azeri.sahartv.ir/news/İran-i390990-sentrifuqalara_qazın_vurulması_təşkilatın_qanuni_vəzifələrinin_icrası_istiqamətindədir
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü vurğulayıb ki, sentrifuqalara qazın vurulması, təşkilatın qanuni vəzifələrinin icrası istiqamətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2022 12:51 Asia/Baku
  • Behruz Kəmalvəndi
    Behruz Kəmalvəndi

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü vurğulayıb ki, sentrifuqalara qazın vurulması, təşkilatın qanuni vəzifələrinin icrası istiqamətindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Behruz Kəmalvəndi deyib: Quraşdırılması və qazın vurulması prosesi iki həftə bundan qabaq Fordoda həyata keçirilən sentrifuqa maşınlarının yeni halqasından 20 faiz zənginləşdirilmiş uran götürülüb.

Beynəlxalq medialarda İranda uran zənginləşdirilməsi miqdarının artmasına dair xəbərlərin yayılmasına işarə edən Kəmalvəndi əlavə edib: IR6 sentrifuqa maşınlarının yeni halqasına qazın vurulması azı iki həftə bundan öncə agentliyə xəbər verilmiş, ondan qabaq da agentlik bu barədə məlumat vermişdi. Beynəlxalq medialar da xas hədəfləri təqib etmək məqsədilə dərhal onu mübaliğə etməklə əks etdirdilər.

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü həmçinin deyib: İranın bu halqadan 20 faizlik məhsul götürmək istiqamətində atdığı addım, bu addımın öncə elan olunmuş yekun texniki hissəsi idi.