Urmiyyə gölü suyunun 95%-i quruyub
İranın Qərbi Azərbaycan vilayətində böhranın idarə olunması idarəsinin baş direktoru deyib: Ötən 20 ildən çox bir müddətdə hər il Urmiyyə gölünün səviyyəsindən orta hesabla 40 santimetr azalıb və hazırda bu gölün suyunun 95 faizi quruyubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abbas Cəfəri Təkab bölgəsində yerləşən Saroğ su bəndində keçirilən ölkənin şimal-qərb vilayətlərinin su və elektrik sahələri üzrə müdirlərinin böhranın idarə olunması və passiv müdafiə üzrə koordinasiya şurasının yığıncağında əlavə edib: Quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının durmadan inkişaf etməsi və çox su tələb edən əkin məhsullarının əkilib becərilməsi üçün gölün suyundan qeyri-düzgün istifadə, Urmiyyə gölünün qurumasının başlıca amillərindəndir.
Ümid edirik ki, bölgənin su ehtiyatlarından düzgün istifadə və düzgün mədəniləşdirmə ilə Urmiyyə gölünü bərpa edəcəyik- deyən Cəfəri əlavə edib: Modern suvarma sistemlərinin işə salınması, çirkab sularının təmizlənməsi, su bəndlərinin suyunun istiqamətləndirilməsi və indiyədək 36 kilometri qazılmış Zab kanalı və tuneli layihəsinin həyata keçirilməsi, var gücümüzlə tam icrasını təqib etdiyimiz hallardandır.
Qərbi Azərbaycan vilayətində böhranın idarə olunması idarəsinin baş direktoru Urmiyyə gölünün bərpası layihələrinin icrası üçün münasib kreditin ayrılmasına işarə ilə deyib: 13-cü dövlət və vilayətin başçıları bu gölü bərpa etmək əzmindədirlər.
Su çatışmazlığının bölgədə ciddi bir böhran olmasına toxunan Cəfəri əlavə edib: Su təminatı təsisatlarının islah edilməsi, suyun təmizlənməsi üzrə modern təchizatlardan istifadə, tullantı sularının emalı, içməli və qeyri-içməli suların ayrılması sahəsində mədəniləşdirmə ilə bu böhranı idarə etmək olar. Bu səbəbdən, bu sahədə informasiyanın verilməsi və idarəçiliyin eyniləşdirilməsi son dərəcə mühüm məsələdir.
O, deyib: Ötən beş ayda şaxtavurma, dolu və qasırğa kimi hadisələr nəticəsində Qərbi Azərbaycan vilayətinin kənd təsərrüfatı sektoruna iki trilyard riyal, həmçinin gözlənilməz hadisələrdə bu vilayətin yolları, binaları və yaşayış infrastrukturlarına 120 milyard riyal məbləğində ziyan dəyibdir.