Qədiri-Xum bəşəriyyət tarixinin müstəsna məsələsidir
Tehranın cümə namazı xitabətçisi deyib ki, Qədiri-Xum bəşəriyyət tarixinin müstəsna məsələsidir və Allah-Taala heç bir hadisəyə Qədir qədər önəm verməyibdir.
SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Kazım Seddiqi Tehranın cümə namazı xütbələrində əlavə edib: Qədir İslamın ictimailiyinin nişanəsi, islami cəmiyyətin yol xəritəsidir və islami cəmiyyət üçün gələcəyə baxışı gündəmdə yerləşdirib.
Höccətülislam Seddiqi əlavə edib: Təqva dünya və axirətin dayağıdır. Qurani-Kərimdə deyilir ki, hər kəs Allah-Taala ilə hörmət saxlayarsa, Allah-Taala çıxılmazlıqları onun qarşısından götürər.
Tehranın cümə namazı xitabətçisi həmçinin islami hicabın qorunmasını İran xalqının tələbi adlandırıb. Qeyd edib ki, hicab qadınlar üçün ləyaqət, şərəf və dəyərdir.
Höccətülislam Seddiqi söyləyib: Qadınların hicabı ruhani libası kimi olub, dini təbliğ edir. Buna görə, hicab, təcrid demək deyildir.