İnqilab Rəhbəri bir qrup məhkumun əfvi ilə razılaşıblar
https://azeri.sahartv.ir/news/İran-i391248-İnqilab_rəhbəri_bir_qrup_məhkumun_əfvi_ilə_razılaşıblar
İslam İnqilabının Böyük Rəhbəri səadətli Qurban və Qədiri-Xum bayramlarının gəlib çatması münasibətilə ictimai və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə təşkilatı və hökumət sanksiyaları təşkilatının bir qrup məhkumunun əfvi və ya cəzasının azaldılması ilə razılaşıblar.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 17, 2022 13:20 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbəri səadətli Qurban və Qədiri-Xum bayramlarının gəlib çatması münasibətilə ictimai və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə təşkilatı və hökumət sanksiyaları təşkilatının bir qrup məhkumunun əfvi və ya cəzasının azaldılması ilə razılaşıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İranın məhkəmə hakimiyyətinin sədri höccətülislam vəlmüslimin Qulamhüseyn Mohseni-Ejeyi İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneiyə məktubda amnistiya işləri/ əfv və bağışlanma komissiyasında araşdırılıb, şəraitə uyğun müəyyən edilmiş məhkumlardan 2272 nəfərin əfv edilməsi və ya cəzasının azaldılması, yaxud da başqa bir hala dəyişdirilməsi təklifini təqdim edib və bu təklif Əsas Qanunun yüz onuncu maddəsinin on birinci bəndinin icrası istiqamətində İslam İnqilabının Böyük Rəhbəri tərəfindən qəbul edilib.