Ərdoğan Tehrana gəlib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikigünlük səfər məqsədilə yüksək səviyyəli nümayəndə heyəti ilə dünən gecə Tehrana gəlib.
SəhərAzəri-nin məlumatına əsasən, Ərdoğan bu gün İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə keçiriləcək İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
Bu görüşdə İran-Türkiyə münasibətləri geniş formatda dəyərləndiriləcək,/ iki ölkə əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli tədbirlərə nəzər salınacaq.
Türkiyə prezidenti bu gün həmçinin Astana prosesi liderlərinin yeddinci sammitində iştirak edəcək.
Ərdoğanın bu görüşün kənarında öz rusiyalı həmkarı ilə ikitərəfli görüşü də planlaşdırılır. Qeyd edək ki, Rusiya prezidenti də bu gün Tehrana səfər edəcək.
Astana prosesinin yeddinci zirvə görüşü bu gün Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə keçiriləcək.