İran və Türkiyə əməkdaşlıq sənədləri imzalayıblar
İyul 19, 2022 13:51 Asia/Baku
İran və Türkiyə prezidentlərinin hüzurunda Tehranla Ankara arasında memorandum və əməkdaşlıq sənədləri imzalanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Tranzit nəqliyyatının genişləndirilməsi, elmi, mədəni, idman, energetika, kənd təsərrüfatı, ticari-iqtisadi mübadilələr sahələri üzrə əməkdaşlıq sənədləri iki ölkənin yüksək səviyyəli heyətləri tərəfindən imzalanıb.
Sənədlərin imzalanması mərasimindən öncə iki ölkənin prezidentləri bağlı qapılar arxasında sıx ikitərəfli müzakirələr aparıblar.
Teqlər