Urmiyyə gölünün bərpasına 215 milyard tümən vəsait ayrılıb
İyul 21, 2022 10:52 Asia/Baku
-
Urmiyyə
İcraçı vitse-prezident bildirib ki, Urmiyyə gölünün bərpasına 215 milyard tümən vəsait ayrılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid Soulət Mürtəzəvi nazirlər kabineti iclasının kənarında jurnalistlərə verdiyi müsahibədə deyib: Urmiyyə gölünün bərpası barədə bir neçə qərargah iclası keçirilib və yaxşı miqdarda vəsait ayrılıb.
O, əlavə edib: Ümumiyyətlə ilin birinci rübündə dövlətlərin abadlıq işlərinə vəsait ayırmaq imkanları olmur. Amma indiyədək Urmiyyə gölü üçün 215 milyard tüməndən çox abadlıq vəsaiti ayrılıb və onun podratçıları fəaliyyətdədirlər. Ümid edirik ki, yaxın gələcəkdə Urmiyyə gölü məsələsi həll olacaq və biz onun bərpasının şahidi olacağıq.