İranın energetika naziri böhranla üzləşən Urmiyə gölünə baş çəkib
https://azeri.sahartv.ir/news/İran-i391451-İranın_energetika_naziri_böhranla_üzləşən_urmiyə_gölünə_baş_çəkib
İran İslam Respublikasının energetika naziri böhranla üzləşən Urmiyə gölünə baş çəkib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2022 12:47 Asia/Baku
  • İranın energetika naziri böhranla üzləşən Urmiyə gölünə baş çəkib

İran İslam Respublikasının energetika naziri böhranla üzləşən Urmiyə gölünə baş çəkib.

SəhərAzəri-nin məlumatına əsasən, Əli-Əkbər Mehrabiyan şənbə günü səhər erkən saatlarında hava yolu ilə Urmiyə gölü və Zab suötürücü tunelinə baş çəkib və bu gölün bərpasının son vəziyyəti ilə yaxından tanış olub.

Bu səfərdə energetika nazirini Qərbi-Azərbaycanın ostandarı və Urmiya gölünün bərpası üzrə komissiyanın icraçı direktoru müşayiət edib.

Qeyd edək ki, İran hökuməti bir neçə gün öncə Urmiyə gölünün bərpası üzrə komissiyanın icraçı direktorunu dəyişib.

Rəsmilər bildirirlər ki, indiyədək Urmiyə gölü üçün 215 milyard tüməndən çox abadlıq vəsaiti ayrılıb və onun podratçıları fəaliyyətdədirlər.