MOSSAD-ın vücuduna ağır zərbə endirilib
-
FƏRACA
İran İslam Respublikasının nizam-intizam qüvvələri komandanlığının kəşfiyyat təşkilatı- FƏRACA, bir məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Məlumatda saxta sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın tabeliyində olan bir casusluq şəbəkəsinin başçısı və üzvlərinin həbs olunduqları bildirilir.
FƏRACA-nın məlumatında deyilir: Bu casusluq şəbəkəsinin üzvləri sionist rejimin muzdurluğu keçmişinə malik olan separatçı qrurplardan birinin başçısının təşviqi ilə MOSSAD casusluq təşkilatının başçısı ilə əlaqə saxlayıblar.
Məlumatın davamında deyilir: Həbs olunmuş beşnəfərlik casusluz şəbəkəsinin üzvləri maliyyə məsələləri də daxil olmaqla MOSSAD casusluq təşkilatı tərəfindən verilmiş bir çox vədlərlə ölkənin mühüm və həyati bölgələrindən informasiya toplayırmışlar ki, əlaqənin yaradıldığı elə ilk anlardan şəbəkə üzvlərinin bütün hərəkətləri İmam Zaman(əc)-in naməlum əsgərlərinin kəşfiyyat nəzarəti altına alınıb.
FƏRACA-nın bildirişində həmçinin deyilir: Bu şəbəkənin üzvləri məlumat toplamaqdan əlavə, yanğın törətmək, şüar yazmaq və İran İslam Respublikasına qarşı təbliğat aparmaqla məşğul olublar. Onlar silahlı və təxribatçılıq əməliyyatları üçün də lazımi təlimlər almışdılar ki, hər cür hərəkətdən öncə şəbəkənin bütün beş üzvü yaxalanıb və həbs olunubdur.