Məhərrəm ayı ərəfəsində İmam Hüseyn əleyhissalam hərəminin zirehi yuyulub
İyul 29, 2022 14:54 Asia/Baku
-
İmam Hüseyn hərəminin zirehi
İmam Hüseyn əleyhissalamın hərəminin girişləri bağlanıb və hərəmin zirehi məhərrəm ayı ərəfəsində Hüseyn hərəminin xüddamları tərəfindən yuyulub.
SəhərAzəri-nin məlumatına əsasən, Məhərrəm ayı ərəfəsində İmam Hüseyn əleyhissalam hərəmi Kərbəla şəhidlərinin əzadarlıq mərasimini keçirməyə hazırdır.
Bu əsasda Məhərrəm və Səfər aylarında milyonlarla zəvvarın gəlməsi məqsədilə Seyyidüşşühəda əleyhissalam hərəminin zirehi yuyulub. Bu məqsədlə Ağanın hərəminə çıxan giriş qapıları bir neçə saat bağlanıb və o həzrətin xüddamları zirehin və onun ətrafının tozunu alıb, onları yuyublar.
Həmçinin ötən günlərdə İmam Hüseyn əleyhissalam hərəminin günbəzi və hərəmin xarici mühiti yuyulub və Hüseyni hərəmində Məhərrəm matəm bayraqları quraşdırılıb.