Şiraz aviabazasında SEPAH-ın döyüş təyyarəsi qəzaya uğrayıb
Avq 03, 2022 14:53 Asia/Baku
İranın Fars vilayətində İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-a məxsus Suxoy SU-22 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamaya görə, Suxoy Su- 22 təyyarəsi çərşənbə günü səhər Şiraz Hava Bazasında havaya qalxarkən texniki nasazlıq yaranıb və pilotlar özlərini təyyarədən atmaq məcburiyyətində qalıblar".
Şiraz aviabazasında baş verən qəzada təyyarə uçuş-enmə zolağından çıxıb.
Ejeksiyon oturacaq sistemindən istifadə edən pilotların qəzadan sağ çıxdıqları açıqlanıb.