Avq 08, 2022 12:08 Asia/Baku

Dünyaca məşhur simalar şəhidlər sərvəri İmam Hüseynin (ə) nümunəvi sima olduğunu qeyd etmişlər.

SəhərAzəri-nin məlumatına əsasən,

Çarlz Dikkens (Yazıçı):

“Əgər İmam Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Ağıl belə hökm edir ki, o, yalnız İslam yolunda bu fədəkarlığı etmişdir.” (İmam Hüseyn və dostları səh.52)

 

Mahatma Qandi (Hindistanın dövlət xadimi):

“Mən İmam Hüseynin (ə) İslamın o böyük şəhidinin  həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm.Və mənə aydın olub ki, əgər Hindistan qalib bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb onun yolunu getsinlər. Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim. Mənim İmam Hüseynin (ə) 72 tərəfdarı kimi bir silahım olsaydı, bütün Hindistanı 24 saat  ərzində əsarətdən xilas edərdim.” (M.Əkbərzadə, Hüseyn xalq rəhbəri kimi, səh 30)

 

Edvard Braun (Tarixçi):

“Görəsən elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla dolmasın? Hətta qeyri-müsəlmanlar bu İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar.” (Azadələr rəhbəri səh. 53)

 

Tomas Karlayl (Filosof):

“Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn (ə) və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışlar. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi.” (Kermani, On dörd məsumun həyatı, səh. 183)

 

Boris Dokberi (Yazıçı):

“Əgər tarixçilərimiz bu günün (Aşura gününün) həqiqətlərini dərk edib anlasaydılar, Hüseynə (ə) əza saxlmağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər.”

 

Marbini (Alman filosofu): 

"Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.” (Hüseyn (ə) xalq rəhbəri kimi, səh. 31)

 

Lev Tolstoy (Görkəmli rus yazıçısı və mütəfəkkiri):

“Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı.”

 

Rajendra Prasad (Hindistanın ilk prezidenti):

“İmam Hüseynin (ə) şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir.”

Teqlər