Avq 16, 2022 13:46 Asia/Baku
  • İranın Avropanın təklif etdiyi mətnə cavabı

İran İslam Respublikası Avropanın təklif etdiyi və nüvə anlaşmasının tam şəkildə icrasının bərpa yolunun şərh edildiyi mətn barədəki yazılı cavabını təqdim edib və bildiribdir ki, əgər Amerikanın cavabı gerçək və çevik olarsa, razılaşma əldə olunacaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, İran Avropa Birliyi tərəfindən təqdim olunan Vyana sazişinin ilkin mətninin son variantına cavabda öz fikirlərini ötürüb.

İran komandasının mövqeyindən göründüyü kimi, fikir ayrılıqları üç məsələ üzərindədir ki, Birləşmiş Ştatlar iki halda şifahi çevikliyini bəyan edib, amma bunlar mətnə daxil edilməlidir.

Üçüncü məsələ də nüvə anlaşmasının icrasının davam etdirilməsinə zəmanətin verilməsinə qayıdır ki, bu da Amerikanın İranın fikrini təmin etmək üzrə gerçəkliyindən asılıdır.

Bu məsələlər bazar ertəsi günü axşam İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının xüsusi iclasında ətraflı surətdə nəzərdən keçirilib və nəhayət, İranın mövqeyi, çərşənbə axşamı günü səhər yazılı şəkildə danışıqların koordinatoru kimi Avropa Birliyinə ötürülüb.

İran İslam Respublikasının müzakirə komandasının müşaviri Məhəmməd Mərəndi tvitter hesabında bildirib ki, İran öz nigarançılıqlarını ifadə edib və yerdə qalan məsələlərin həlli, o qədər də çətin deyildir.

İran İslam Respublikasına qarşı zalımcasına və qeyri-qanuni sanksiyaların aradan qaldırılması üzrə müzakirələr İranın müzakirə komandasının təşəbbüsləri nəticəsində müəyyən irəliləyişlərə malik olub, amma Co Bayden hökumətinin Amerikanın bundan öncəki hökumətinin qanunsuz hərəkətlərinin əvəzini ödəməyi ləngitməsi və maksimum təzyiq kampaniyasının davam etməsi, bu ölkənin nüvə anlaşmasına qayıtmaq sahəsində ciddi olmasına qarşı şəkk-şübhələrə və danışıqlar prosesinin uzanmasına gətirib çıxarıbdır.

İran İslam Respublikası məsuliyyətli bir ölkə kimi dəfələrlə bildiribdir ki, Amerika nüvə anlaşmasını pozan tərəf olduğuna görə, sanksiyaları ləğv etməklə anlaşmaya qayıtmalı olan tərəf, məhz Vaşinqtondur və Amerikanın öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması da zəruridir.

 

Teqlər