Avq 17, 2022 11:48 Asia/Baku
  •  Amerikanın nüvə anlaşmasından təkrar çıxmasının ağır bədəli olmalıdır

Vyanada nüvə sazişi üzrə danışıqlarda İranın danışıqlar qrupunun müşaviri deyib ki, İranın Vyana danışıqlarındakı məqsədlərindən biri nüvə anlaşmasından başqa bir ehtimal olunan birtərəfli çıxış üçün ABŞ-ın xərclərini artırmaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvinə yönəlmiş danışıqların yeni mərhələsi avqustun 4-də Vyanada başlayıb və avqustun 8-də başa çatıb.

Danışıqların bu raundunda Avropa İttifaqının Vyana danışıqlarındakı koordinatoru "Enrike Mora" tərəfindən bir neçə təklif irəli sürülüb.

İrana qarşı zalımcasına və qanunsuz sanksiyaların aradan qaldırılması istiqamətli danışıqlarda iştirak edən ölkələrin əksər hissəsi müzakirələrin tez bir zamanda yekunlaşdırılmasını istəyir, amma yekun anlaşmaya nailolma, Amerikanın yerdə qalan bir neçə mühüm və əsas məsələ ilə bağlı siyasi qərarlarını gözləyir.

İranın danışıqlar qrupunun müşaviri Məhəmməd Mərəndi Qətərin Əlcəzirə xəbər şəbəkəsinə müsahibəsində deyib ki, ABŞ-ın nüvə sazişindən daha bir təktərəfli çıxma ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə bir çıxış üçün xərclərin artırılması müqaviləni gücləndirməyi hədəfləyən bir zərurətdir və bu, bütün tərəflərə fayda verəcəkdir.

Mərəndi vurğulayıb ki, bu xərc artımının aspektlərindən biri də nüvə və ya iqtisadi, siyasi və hüquqi təminatların olmasıdır.

İranın nüvə danışıqları qrupunun müşaviri qeyd edib ki, İranın iqtisadi təminatdan məqsədi İranla işləyən xarici şirkətləri qorumaq və onları Amerika sanksiyalarına qarşı dəstəkləməkdir.  

İran İslam Respublikasına qarşı zalımcasına və qanunsuz sanksiyaların aradan qaldırılmasına yönəlmiş müzakirələr İranın müzakirə komandasının təşəbbüsləri sayəsində müəyyən irəliləyiş əldə etmişdi, amma Co Bayden administrasiyasının keçmiş Amerika hökumətinin qanunsuz hərəkətlərini kompensasiya etmək üçün gecikdirməsi və maksimum təzyiq kampaniyasını davam etdirməsi, bu ölkənin nüvə anlaşmasına qayıtmaqda ciddiliyinə şübhələr yaradıb və danışıqlar prosesinin uzanmasına səbəb olub.

İran İslam Respublikası məsuliyyətli ölkə kimi dəfələrlə bəyan edib ki, ABŞ-ın nüvə anlaşmasını pozan tərəf olduğunu nəzərə alaraq, sanksiyaları ləğv etməklə sazişə qayıtmalı olan Vaşinqtondur və Amerikanın öz öhdəliklərini yerinə yetirdiyini yoxlamaq lazımdır.

Teqlər