Avq 18, 2022 14:09 Asia/Baku
  • İranda ekstremist sələfilik təfəkkürlərini yayan şəbəkə dağıdılıb

İran İslam Respublikasının Nizam-İntizam Komandanlığı bir məlumatda komandanlığın kəşfiyyat təşkilatındakı kəşfiyyat və təhlükəsizlik qüvvələrinin gecə-gündüzlü səyləri ilə ölkədə ekstremist sələfilik təfəkkürlərini təbliğ edib, yayan şəbəkənin dağıdılmasından xəbər verib.

İran İslam Respublikasının Nizam-İntizam Komandanlığının kəşfiyyat təşkilatının qüvvələri ekstremist sələfilik təfəkkürlərinin təbliğ edilib, yayılması haqda bir qrup şəxsin şübhəli hərəkətlərinin izinə düşmək və sayıqlıq göstərməkləİranın Fars vilayətinin Şiraz şəhərində bu sahədə fəaliyyət göstərən böyük bir şəbəkəni üzə çıxarıb və həbs ediblər.

İran İslam Respublikasının Nizam-İntizam Komandanlığının məlumatına əsasən, bu şəbəkə, kimliyi məlum olan xarici bir təbəənin başçılığı altındakı bir neçə təbliğat halqasından təşkil edilmişdi ki, əməliyyatın davamında, bu sahədə fəaliyyət göstərən on beş nəfər həbs olunub.

Məhv edilmiş yayındırıcı təbliğat şəbəkəsinin məkanlarında aparılmış təftişlər zamanı əks-təbliğat və əks-təhlükəsizlik məqsədləri istiqamətində istifadə olunan nəzərəçarpacaq sayda sənəd, kitab və broşüra aşkar və müsadirə edilib, həmçinin bu şəbəkənin maliyyə mənbələrinin təmini sahəsində fəaliyyət göstərən bir qrup İran vətəndaşı və xarici vətəndaş da aşkar və bu məsələdəki əsas ünsür, həbs olunubdur.