Avq 19, 2022 12:17 Asia/Baku
  • Nüvə anlaşmasında çoxtələbliliyə icazə verməyəcəyik

İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, əgər qarşı tərəflər nüvə anlaşmasına və BMT-nin təsdiq etdiyi razılaşmaya əməl etməzlərsə, onlara çoxtələblilik icazəsi verməyəcəyik.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmmədbaqir Qalibaf Ramazan əməliyyatı şəhidlərinin ikinci anım mərasimində deyib: Ötən dövlətdə nüvə anlaşmasının imzalanmasından sonra Amerikanın ozamankı prezidenti Donald Tramp öz öhdəliklərinə əməl etmədi və BMT-nin təsdiqləməsinin əksinə gedib, bu təşkilatın qətnaməsini pozmaqla İrana qarşı sanksiyaları da artırdı.

Amerika quldurluq edir- deyən Qalibaf əlavə edib: Əgər bu ölkənin qarşısında dayanmasaq, onlar da güzəştə getməyəcəklər. Buna görə, bu istiqamətdə qüdrət istehsal etmək gərəkdir.

Parlament sədri həmçinin deyib ki, bu gün iqtisadi savaşda İran İslam Şurası Məclisinin qəbul etdiyi ilk və ən mühüm qanun, sanksiyların götürülməsi qanunudur, zira bu zalımcasına savaşa son qoyacağımıza inanırıq.

Teqlər