Avq 19, 2022 16:42 Asia/Baku
  • Həyat aram şəkildə Urmiyyə gölünə qayıdır

İranın Şərqi Azərbaycan vilayətinin ətraf mühiti mühafizə idarəsinin baş direktoru həyatın Urmiyyə gölünə tədrici və aram qayıdışından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Şəhnam Əştəri iri Təbriz şəhərinin çirkab sularının təmizlənmiş variantının Urmiyyə gölünə ötürülməsi marşrutundan baxış keçirərkən deyib: İri Təbriz şəhərinin kanalizasiya sisteminin təmizləmə şəbəkəsinin ikinci modulunun birinci blokunun işə salınması ilə Təlxərud çayı vasitəsilə yetmiş milyon kubmetr təmizlənmiş çirkab suları tədricən Urmiyyə gölünə doğru axmaqdadır.

O, əlavə edib: Təbriz şəhərinin kanalizasiya sisteminin təmizləmə şəbəkəsinin üçüncü modulunun işə salınması ilə Urmiyyə gölünə ötürülmə qabiliyyətli standart və təmizlənmiş çirkab sularının miqdarı səksən beş milyon kubmetrə qalxacaq. Belə olan təqdirdə, bu barədə nəzərdə tutulmuş məqsədlərin səksən bir faizinin reallaşmasının şahidi olacağıq.

Əştəri deyib: Bu çirkab suyu standartdır və çirkab sularının təmizlənməsi və ötürülməsində bütün lazımi hallara riayət olunur.

Teqlər