İran Türkiyəyə başsağlığı verib
https://azeri.sahartv.ir/news/İran-i392368-İran_türkiyəyə_başsağlığı_verib
İran Xarici İşlər Nazirliyi Türkiyədə baş verən yol qəzası ilə bağlı başsağlığı verib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 21, 2022 11:45 Asia/Baku
  • İran Türkiyəyə başsağlığı verib

İran Xarici İşlər Nazirliyi Türkiyədə baş verən yol qəzası ilə bağlı başsağlığı verib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani Qaziantep-Nizip avtomobil yolunda baş verən yol qəzası ilə bağlı Türkiyə xalqına və hökumətinə başsağlığı verib.

Kenani, həmçinin qəzada həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, Qaziantepdə sərnişin avtobusu ilə təcili yardım maşınının toqquşması nəticəsində ilkin məlumata görə, 16 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Həmçinin Türkiyənin Mardin şəhərinin Derik rayonunda əyləci sıradan çıxan yük maşınının insanlara çırpılması nəticəsində 20 nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb.