İran ordusu birgə PUA təlimi keçirir
https://azeri.sahartv.ir/news/İran-i392443-İran_ordusu_birgə_pua_təlimi_keçirir
İran İslam Respublikası Ordusunun koordinasiya üzrə baş komandan müavini 1401-ci il Ordunun PUA Təliminin sabah çərşənbə günü ordunun dörd qüvvəsinin iştirakı ilə keçiriləcəyini açıqlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 23, 2022 13:39 Asia/Baku
  • İran ordusu birgə PUA təlimi keçirir

İran İslam Respublikası Ordusunun koordinasiya üzrə baş komandan müavini 1401-ci il Ordunun PUA Təliminin sabah çərşənbə günü ordunun dörd qüvvəsinin iştirakı ilə keçiriləcəyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına görə, kontr-admiral Həbibullah Səyyari İran ordusunun 1401 Birgə PUA Təlimlərinin keçirilməsinə toxunaraq, deyib: "Bu təlimdə İran İslam Respublikası Ordusu, İran Müdafiə Nazirliyinin sənaye müəssisələri və ölkədəki biliklərə əsaslanan şirkətlərin əməkdaşlığı ilə istehsal olunan yeni PUA-lar sınaqdan keçiriləcək".

Kontr-admiral Səyyari əlavə edib: "Silahların dəqiqliyi və gücü, uçuşun davamlılıq dərəcəsi, istiqamətləndirmə və idarəetmə sistemlərinin imkanları və pilotsuz təyyarələrin döyüş qabiliyyəti bu təlimdə sınaqdan keçiriləcək və qiymətləndiriləcək məsələlər arasındadır".