Sionist rejimin İranın nüvə fəaliyyəti üçün psixolojif-terrorçu planı var
https://azeri.sahartv.ir/news/İran-i392461-sionist_rejimin_İranın_nüvə_fəaliyyəti_üçün_psixolojif_terrorçu_planı_var
İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, sionist rejim İranın sülhsevər nüvə fəaliyyətlərilə müxalifətdə psixoloji-terrorçu plana malikdir.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 24, 2022 12:02 Asia/Baku
  • Sionist rejimin İranın nüvə fəaliyyəti üçün psixolojif-terrorçu planı var

İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, sionist rejim İranın sülhsevər nüvə fəaliyyətlərilə müxalifətdə psixoloji-terrorçu plana malikdir.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd İslami nazirlər kabinetinin iclasının kənarında müxbirlərə sonra belə deyib: İranın bütün nüvə fəaliyyətləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qayda-qanunları əsasında və bu beynəlxalq orqanın nəzarəti altında olub.

İranın Atom Enerjisi Təşkilatının sədri söyləyib: İran İslam Respublikası nüvə silahlarının yayılmaması müqaviləsinə əməl edir və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə təsisatlarında apardığı təftişlərdə fərq gördüyünü iddia edə bilməz.

İslami deyib: İranın dinc məqsədli nüvə proqramına qarşı iddia olunan hal və ittihamlar sionist rejimin uydurmalarıdır və ötən 20 il ərzində bu ittihamlar davam edibdir.

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: Özü atom silahları işlədən və terrorçu bir rejim olan sionist rejim İran İslam Respublikasına ittihamlar vura bilməz. Eyni zamanda, İran, nəzarəti, 2015-ci il beynəlxalq anlaşmada qəbul etdiyi məhdudiyyətlər və nüvə anlaşması müqaviləsi çərçivəsində davam etdirəcək və ondan nə bir kəlmə çox, nə də bir kəlmə aza riayət etməyəcəkdir.