H. Məhəmmədzadə-Sədiq dəfn olunub
https://azeri.sahartv.ir/news/İran-i392525-h._məhəmmədzadə_sədiq_dəfn_olunub
Azərbaycan şer və ədəbiyyatının nümayəndəsi, universitet müəllimi, tədqiqatçı, mütərcim, yazıçı və şair, Düzgün təxəllüslü Hüseyn Məhəmmədzadə-Sədiqin cənazəsi dünən Təbrizdə torpağa tapşırılıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 26, 2022 15:12 Asia/Baku
  • H. Məhəmmədzadə-Sədiq dəfn olunub

Azərbaycan şer və ədəbiyyatının nümayəndəsi, universitet müəllimi, tədqiqatçı, mütərcim, yazıçı və şair, Düzgün təxəllüslü Hüseyn Məhəmmədzadə-Sədiqin cənazəsi dünən Təbrizdə torpağa tapşırılıb.

Hüseyn Məhəmmədzadə-Sədiq uzun sürən xəstəlikdən sonra çərşənbə günü səhər saatlarında Tehran xəstəxanalarından birində 77 yaşında vəfat edib.

Mərhum professor Məhəmmədzadə-Sədiq 1945-ci ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. O, Tehran Universitetindən fars ədəbiyyatı üzrə bakalavr dərəcəsi aldıqdan sonra türk ədəbiyyatı üzrə bakalavr dərəcəsi, 1983-cü ildə isə Türkiyənin İstanbul Universitetində fars, ərəb və türk dillərinin müqayisəli ədəbiyyatı üzrə doktorluq dərəcəsi alıbdır.

Bu mərhumun Azərbaycan ədəbiyyatı və fars ədəbiyyatı sahəsində 300-dən çox kitabı vardır ki, onların arasında Molla Məhəmməd Füzulinin divanının tam tərcüməsi, Qəribi-Təbrizinin azəri dilində şeirlər divanı, Rum şairləri məclislərinin təzkirəsi, həmçinin İmam Xomeyni(r.ə)-in divanının azəri dilinə tərcüməsi o mərhumun tanınmış əsərlərindəndir.