Rəisi: İranın regionda mövcudluğu təhlükəsizlik yaradır
https://azeri.sahartv.ir/news/İran-i392638-rəisi_İranın_regionda_mövcudluğu_təhlükəsizlik_yaradır
İran İslam Respublikası prezidenti İranın regionda mövcudluğunun təhlükəsizlik yaratdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2022 06:17 Asia/Baku
  • Rəisi: İranın regionda mövcudluğu təhlükəsizlik yaradır

İran İslam Respublikası prezidenti İranın regionda mövcudluğunun təhlükəsizlik yaratdığını bildirib.

"İran Press"in məlumatına görə, yerli və xarici media orqanlarının nümayəndələri ilə keçirilən mətbuat konfransında Seyid İbrahim Rəisi Əlavə edib: "İranın regionda təhlükəsizlik rolu ilə yanaşı, iqtisadi və ticari sahədəki rolu da artmalıdır". 

İran İslam Respublikası prezidenti, həmçinin İranın Şanxay, ECO və beynəlxalq əməkdaşlığa üzv olmasını, xüsusən də qonşularla ünsiyyət qurmasını ölkənin xarici siyasətinin prioritetlərindən adlandırıb və deyib: "Bütün ölkələrlə münasibətlərimizdə tarazlıq axtarırıq və bu tarazlıq həmişə qonşu ölkələrə və dost ölkələrə qarşı xarici siyasət gündəliyimizdədir".

Rəisi, həmçinin deyib: "Nüvə sənayesi və qabiliyyəti İslam Respublikasının və İran millətinin haqqıdır və dəfələrlə bildirmişik ki, nüvə silahının İran İslam Respublikasının doktrinasında yeri yoxdur".