İranın Xosrəvi, Mehran, Şələmçə və Çəzzabə sərhədləri açılıb
İran İslami Şura Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü ölkənin Xosrəvi, Mehran, Şələmçə və Çəzzabə sərhədlərinin Hüseyn(ə) ərbəini zəvvarlarının üzünə açıldığını bildirib.
SəhərAzəri-nin məlumatına görə, Şəhriyar Heydəri İraqda baş vermiş son olaylardan sonra İran-İraq quru sərhədlərinin son durumu barədə bildirib ki, dörd sərhəd- Xosrəvi, Mehran, Şələmçə və Çəzzabə sərhədləri açıqdır və İraqdakı müqəddəslərin zəvvarları üçün gediş-gəliş müyəssərdir.
Heydəri əlavə edib: Ötən iki gün ərzində İraqın siyasi mühitində baş verən hadisələr bu ölkənin bir hissəsində aramsızlıq və aksiyaların keçirilməsilə nəticələndi. Amma İraqın təhlükəsizlik qüvvələrinin nəzarətilə asayiş bu ölkəyə qayıtdı və İraqdakı müqəddəslərin zəvvarları üçün giriş-çıxış sərhədləri hazır vəziyyətdədir.
Bütün zəvvarlar Hüseyn(ə) ərbəini üzrə mərkəzi qərargahın məlumatlarına lazımi diqqət yetirməlidirlər- deyən Heydəri qeyd edib ki, xoşbətlikdən, hazırkı şəraitdə sərhədlərdə gediş-gəliş heç bir problem olmadan həyata keçirilir.